13 oktyabr 2012 11:34
Araz Abdullayev qol vurdu, millimiz Kanadaya qalib gəldi
İspaniyanın Marbelya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, gənclər millimiz Kanadanın U-21 komandası ilə qarşılaşıb.
Yığmamız Araz Abdullayevin vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanıb.
