13 oktyabr 2012 01:57
Qəbələnin futbolçusu meydana çıxmadan qələbəyə sevindi
Futbol üzrə Sloveniya yığma komandası növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, sloveniyalılar DÇ-2014-ün seçmə mərhələsində Cənubi Kipri qəbul ediblər.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Sloveniyanın heyətində Matavj dubl edib. Cənubi Kiprin yeganə qoluna isə 83-cü dəqiqədə Aloneftis imza atıb.
“Qəbələ”nin futbolçusu Deyan Kelhar qələbənin iştirakçısı olmayıb. O, oyunu ehtiyat oyunçular skamiyasından izləyib.
