13 oktyabr 2012 02:04
Bakının forvardı Slovakiyaya qol vurdu
Futbol üzrə Latviya yığması növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, latviyalılar DÇ-2014-ün seçmə mərhələsində Slovakiyanın qonağı olublar.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Slovakiyanın heyətində 6-cı dəqiqədə Marek Hamşik (penaltidən), 10-cu dəqiqədə isə Marek Sapara fərqlənib. Latviyanın qoluna isə “Bakı”nın hücumçusu Maris Verpakovski imza atıb. O, 84-cü dəqiqədə penaltini qola çevirib. Verpakovski 77-ci dəqiqədə Aleksandr Çaunanı əvəzləyib.
“Bakı”nın sabiq baş məşqçisi Aleksandr Starkov bu oyunda Premyer Liqamızdan daha iki futbolçuya şans verib. Belə ki, AZAL-ın oyunçusu Oskar Klyava və “Bakı”nın üzvü Denis İvanov meydana start heyətində çıxaraq 90 dəqiqə mübarizə aparıb. Oskar 8-ci dəqiqədə sarı vərəqə alıb.
