13 oktyabr 2012 02:09
AZAL-ın yarımmüdafiəçisi oynamadı, komandası 1 xal qazandı
Futbol üzrə Moldova yığma komandası növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, moldovalılar DÇ-2014-ün seçmə mərhələsində Ukraynanı qəbul ediblər.
Oyun 0:0 hesabı ilə başa çatıb.
Moldova yığmasının baş məşqçisi İon Karas AZAL-ın futbolçusu Artur Partaşa bu dəfə şans verməyib. O, sona qədər ehtiyatda qalıb.
