13 oktyabr 2012 12:19
“Azərbaycan ilə qarşılaşma Portuqaliya ilə oyundan daha vacibdi”
Futbol üzrə Rusiya yığmasının yarımmüdafiəçisi Roman Şirokov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliya üzərində qələbə qazandıqları (1:0) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, qarşıdan gələn Azərbaycanla oyuna da toxunub:
- Artıq Rusiyanı qrupun favoriti saymaq olar?
- İndiki məqamda – hə. Çünki portuqaliyalılardan 3 xal daha çox toplamışıq. Amma növbəti oyun bizim üçün daha vacibdi. İndi Azərbaycanı məğlub etmək, irəliyə doğru növbəti inamlı addım atmaq lazımdı.

- Belə bir zəfərdən sonra Azərbaycanla oyunda rəqibi düzgün qiymətləndirməməyiniz mümkündürmü?
- Bu, istisnadı. Başa düşürük ki, bizi çox vacib görüş gözləyir. Hətta mümkündü ki, portuqaliyalılardan da vacib qarşılaşma olsun.

- Kapellonun komandası Advokatın çalışdırdığı dönəmlə müqayisədə çoxmu fərqlənir?
- Prinsipcə, mən ortada elə də ciddi fərq olduğunu görmürəm. Hər kəs qələbə qazanmaq istəyir. Sadəcə, atmosfer baxımından Kapellonun daha ciddi olduğunu demək olar.