13 oktyabr 2012 02:23
Həlledici döyüş öncəsi son söz
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin final oyununa saatlar qalmış, turnirin ən güclü dörd komandasının məşqçiləri komandalarının turnirdəki performansları və müvafiq olaraq ölkələrindəki qadın futbolunun vəziyyəti barədə öz fikirlərni bildiriblər. Azerisport.az xəbər verir ki, bunlar Qananın məşqçisi Mas-Ud Dramani və onun rəqib komandasının məşqçisi Anuşka Bernharddır. Müsahibədə eləcə də həmin gün final oyununda iştirak edəcək komandaların məşqçiləri Fransadan Qay Feriyer və Koreya XDR-dan Yonq Banq-Hvanq da öz fikirlərini bildiriblər.
İlk olaraq almanların cəhbəsindəki abu-hava müzakirə edilib. Belə ki, FIFA U-17 qadınlararası dünya çempionatının finalına çıxa bilmədikdən sonra komanda daxilində hələdə məyusluq hisslərinin olmasına baxmayaraq, şənbə günü Qanaya qarşı keçiriləcək oyunda qazanılan qələbə və fəxri kürsüdə tutulan üçüncü yer onların əvvələr bu turnirdə nə vaxtsa göstərdiyi ən yaxşı nəticəsinə bərabər ola bilər.
"Biz turnirdə göstərilən son nəticəyə və ən güclü dörd komanda arasında olmağımıza görə şadıq, bununla belə, eləcə də bəzi oyunlarda sərgilədiyimiz performanslara görə məyusuq, çünki biz daha yaxşı oyun göstərməyə qadirik," deyə Berhnard qeyd edir. "Lakin bu turnir bizim oyunçular üçün və eləcə də ölkəmizdə futbolun inkişafı baxımından böyük təcrübə oldu, buna görə də biz bu turniri uğurlu hesab etməliyik".
Xüsusilə 1/4 final mərhələsinə çıxmaqla ölkəsi üçün artıq mühüm uğura imza atdığını nəzərə alsaq, həmçinin Qana Azərbaycan 2012-də inkişafa doğru addım atmışdır. Bu turnirdə bu qədər irəliləyən Afrika komandası kimi onlar, almanlara qarşı oyunun nticəsindən asılı olmayaraq, təmsil etdikləri qitənin başını artıq uca etmişlər.
Məşqçi Dramaninin fikirlərinə görə, çempionata hazırlıqlıqları müddətində üzləşdikləri problemlərə baxmayaraq Qananın bu turnirdə bu cür irəliləyiş əldə etməsi faktı, Afrika qadın futbolunun parlaq gələcəyini göstərir. "Afrika qitəsində təsnifat turnirləri Avropa ilə müqayisə ediləcək səviyyədə keçməsə də, bu turnirlər kifayət qədər ehtiraslı olur," deyə o, qeyd edir.
"Qitəni təmsil edən hər iki komandanın, bizim və Nigeriaynın 1/4 finala çıxması Afrika qitəsində futbolun inkişaf etdiyindən xəbər verir. Bir gün bizdə, Afrika komandası olaraq bu turnirin çempionu olacağıq."
Finalçı Fransa da FIFA turnirində finala çıxmış Fransanın ilk qadın futbol komandası olmaqla ölkəsinin mühüm uğuruna imza atmışdır. Məşqçi Feriyerin fikrincə, Azərbaycandakı bu turnirdə onların bu iştirakı ölkənin futbol dairəsində olan bütün şəxslərin uzun müddət ortaya qoyduqları böyük əməyin nəticəsidir: "Hazırda bizim ölkədə qadın futboluna xidmət göstərən və idman və təhsili özündə birləşdirən altı futbol akademiyamız mövcuddur".
"Qızlar təhsillərini davam edirlər və ixtisasa yiyələnirlər, bununla belə onlar həmçinin həftədə beş dəfə olaraq məşqlər də edirlər," deyə o, söhbətinə davam edir. "Onlar gördükləri işdə can qoymalıdırlar və finala çıxmaqları ilə onların bu zəhməti bu turnirdə öz bəhrəsini verdi".
Fransanın finaldakı rəqibləri Yeni Zellandiya 2008 turnirinin qalibi kimi bu turnirə qatılmış Koreya XDR-dir. Şimali Koreyanın məşqçisi hazırkı gənc yetirmələrinin o uğuru təkrarlaya bilmək iqtidarında olmalarından əmindir, bununla belə, o, turnirin qrup mərhələsində 1-1 hesablı heç-heçə etdikləri Fransa komandasının və eləcə də yarımfinalda məğlub etdikləri Almaniyanın da hörmətəlayiq olduqlarını qeyd etmişdir. "Həm Fransa həm də Almaniya güclü komanda və layiqli rəqibdirlər," deyə o, vurğulayır.
Öz növbəsində məşqçi Feriyer də komandasının şənbə günü keçiriləcək böyük oyuna hazır olduğunu vurğulamışdır: "1/4 final mərhələsini adladıqdan sonra bizim üzərimizdən mənəvi təzyiq götürülüb. Biz öz zəif cəhətlərimizi və Koreya XDR-in güclü cəhətlərini bilirik, indi əsas məsələ sadəcə olaraq bacardğımız qədər yaxşı oynamaqdır".
Bütün bu səbəblərə görə ümumilikdə FIFA U-17 qadınlararası dünya çempionatının son final gününə çatmaq bütün dörd komandalar üçün atıq uğur hesab edilir. İndi qarşıdakı iki son qarşılaşmalardan və bu dörd güclü komandaların və onların məşqçilərinin 13 oktyabrda nümayiş etdirəcəkləri tamaşadan sadəcə olaraq həzz almaq lazımdır.
