13 oktyabr 2012 12:59
“Azərbaycan millisi ilə oyunda arxayınlıqdan söhbət belə gedə bilməz”
Futbol üzrə Rusiya yığmasının hücumçusu Aleksandr Kerjakov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliya üzərində qələbə qazandıqları (1:0) oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, qarşıdan gələn Azərbaycanla oyuna da toxunub:
“Komandamızda çox ağıllı futbolçular cəmləşib. Onlar nə etdiklərini yaxşı bilirlər. Buna görə də Azərbaycan yığmasını düzgün qiymətləndirməməkdən, arxayınlıqdan söhbət belə gedə bilməz”.
