13 oktyabr 2012 22:07
Fransa millisi Azərbaycanda dünya çempionu oldu (YENİLƏNİB)
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012 bu gün başa çatıb. Azerisport.az xəbər verir ki, bu gün mundialın son oyunları keçirilib.
Öncə Almaniya ilə Qana üz-üzə gəlib. Bu komandalar mundialın bürünc mükafatçısının kimliyinə aydınlıq gətiriblər. Mundialın sürpriz komandası sayılan Qana bu görüşdə də böyük əzmkarlıq göstərib. 32-ci dəqiqədən etibarən azlıqda qalmasına baxmayaraq, afrikalılar minimal hesablı qələbə sayəsində DÇ-2012-nin bürünc medallarına sahib çıxıblar.
Günün digər oyununda isə Koreya XDR ilə Fransa münasibətlərinə aydınlıq gətiriblər. Hansı ki, həlledici görüşdə yeni dünya çempionunun adı müəyyənləşib. Görüşdə hesabı fransızlar açıblar. Amma matçın sonlarında koreyalılar hesabı bərabərləşdirməyə nail olublar. Beləcə, görüşün əsas vaxtı heç-heçə bitdiyindən qalibi penaltilərlə müəyyənləşdirmək lazım gəlib. Bu zərbələri daha dəqiq yerinə yetirən fransızlar dünya çempionatının baş mükafatına sahib çıxıblar.
DÇ-2012
13 oktyabr
3-cü yer uğrunda oyun
QANA – ALMANİYA - 1:0 (1:0)
Qol: Okyere, 39.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Final
FRANSA – KXDR - 1:1 (penaltilərlə 7:6)
Qol: Ri Un Sim, 80 - Deklerk, 33.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
