13 oktyabr 2012 14:22
Vaqif Cavadov: Rusiyaya Moskvada qol vurmaq istəyirəm
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Rusiya – Portuqaliya oyununu necə dəyərləndirə bilərsiz?
- Bu oyunu böyük maraqla izlədim. “Lujniki”də əla atmosfer var idi. Ruslar əla futbol nümayiş etdirdilər. 90 dəqiqə ərzində sübut etdilər ki, istənilən rəqibə qarşı oynaya bilərlər.

- Yəqin ki, indi Moskvaya daha böyük qorxu ilə yollanacaqsız...
- Xeyr. Nədən qorxmalıyıq ki? Bu, futboldu. Əgər ruslar Portuqaliyaya qarşı belə oyun nümayiş etdirə bilirlərsə, onda biz niyə Rusiyaya qarşı bu cür oynamayaq? Portuqaliya o oyunun favoriti idi, Rusiya ilə bizimlə görüşdə daha şanslı hesab olunur. İstənilən halda hər bir oyunun taleyini daha çox oyuna düzgün yanaşmaq, qələbə istəyi həll edir.
- Rusiya Fabio Kapellonun gəlişindən sonra çox dəyişib?
- Heyət demək olar ki, əvvəlki kimidi. Amma oyun üslubları dəyişib. Hətta hədəfləri də dəyişib. Rusları indi qrup ikincisi olub, pley-off oyunlarına qalmaq da qane etmir. Dünya çempionatına qrup lideri kimi çıxmaq istəyirlər.

- Andrey Arşavinsiz Rusiya yığmasını izləmək necədi?
- Mən Andreylə yaxşı tanışam. Onun Londondakı evində də olmuşam. Arşavin əla futbolçudu. Arzu edirəm ki, o, tezliklə yığma komandaya qayıtsın. Düşünmürəm ki, Kapello belə bir futbolçuya gələcəkdə də şans tanımasın.

- Yığmamızın ruslarla oyunundan nə gözləyək?
- Mən əminəm ki, Rusiya yığmasında indi əla atmosfer hökm sürür. Biz onlarla oyuna çox yaxşı hazırlaşmalıyıq. Ruslar bizimlə oyunda nisbətən yorğun olacaqlar. Necə də olmasa, onlar Portuqaliya ilə görüşdə çoxlu güc sərf etdilər. Amma bizim əsas hədəfimiz Rusiyanı büdrətməkdi. Moskvada qələbəyə oynayacağıq.

- Braqada olduğu kimi?
- Bilmirəm. Biz hələ baş məşqçidən tapşırıqlarımızı almamışıq. Amma oturub heç-heçəyə ümid etməklə kifayətlənmək istəmirik. Berti Foqts nə desə, onu da edəcəyik.

- Rusların yığmamızı düzgün qiymətləndirməməsi mümkündü?
- Əgər Rusiya Azərbaycanı bir ayaqla keçəcəyini düşünürsə, bu, bizə ancaq xeyir verə bilər. Amma Kapello Azərbaycan yığmasının oyununu təhlil etməmiş olmaz. Onların planlarına bizimlə görüşdə xal itirmək də daxil deyil. Amma siz də əmin ola bilərsiz ki, biz Moskvada ən yaxşı oyunlarımızdan birini sərgiləyəcəyik.

- İndiki hücum xətti ilə bu, bir qədər inandırıcı görünmür...
- Bizim hər oyunda qol vəziyyətlərimiz olur. Sadəcə, onları dəyərləndirmək lazımdı. İlk dəqiqələrdən isə müdafiədə diqqətli olmalıyıq.
- Rusiya Bakıdakı oyunla müqayisədə çoxmu dəyişib?
- Bəli. İndi onlar daha güclü təsir bağışlayırlar. O vaxt ruslar qrupdan birinci yerlə çıxmaq haqda da düşünmürdülər. İndi isə hər şey fərqlidi. Sizcə, Portuqaliya üzərində qələbə qazanan komanda Azərbaycanla görüşdə xal itirməyi düşünə bilər? Əlbəttə, yox. Heç mən də son üç ildə bir yerdə durmamışam. Onda qol vurmuşdum. İndi yenə eyni uğuru təkrarlamaq istəyirəm.