13 oktyabr 2012 18:45
Qəbələ Rusiya klubu ilə sülhə razılaşdı
“Qəbələ”nin 12 yaşa qədər futbolçulardan ibarət komandası Sankt-Peterburqda təşkil olunmuş “Young Talents – 2012” turnirinin qrup mərhələsində 3-cü oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi Rusiyanın “Stroqino” kollektivi olub.
Qələbə qazanacağı halda “Qəbələ” ¼ final mərhələsinə vəsiqəni təmin edəcəkdi.
Matç tərəflərin qarşılıqlı hücumları ilə start götürüb. Görüş ərzində tərəflərin kifayət qədər fərqlənmək imkanları olsa da, qarşılaşmada hesab açılmayıb. Bununla da “Qəbələ” aktivindəki xalların sayını 5-ə çatdırıb və növbəti tura çıxmaq şansını qrupun son oyununa – “Zenit”lə qarşılaşmaya saxlayıb.
