13 oktyabr 2012 19:03
“Bu turnirin xüsusilə Azərbaycanda buraxacağı miras daha vacibdi”
FIFA U-17 qadınlararası dünya çempionatı şənbə günü Fransa və Koreya XDR arasında keçiriləcək final oyunu ilə özünün kuliminasiya nöqtəsinə çatacaq. Həmişəki kimi, FIFA Texniki Araşdırmalar Qrupu (TSG) çempionatın monitorinqini apararır və hər bir oyunun təhlilini edir. Fransanın və Çin XDR-in sabiq məşqçisi Elizabet Loisel Azərbaycan 2012 turniri ərzində FIFA Texniki Araşdırmalar Qrupuna rəhbərlik edir və o, turnir barədə öz müşahidələrini FIFA.com saytı ilə bölüşmüşdür.
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-ni ümumilikdə necə qiymətləndirərdiz?
Çempionat məndə böyük təəssürat yaradıb. Özümün də iştirak etdiyim Yeni Zallandiya 2008-dən bəri komandaların inkişaf səviyyəsi məni yaxşı mənada təəcübləndirib. Keçmişlə müqayisədə komandalar indi daha çox nizam-intizamlıdırlar və daha çox kollektiv tərzdə müdafiə olunurlar. Onlar, həmçinin, indi meydanda daha çox pressinq tətbiq edirlər və bu da onların yaşındakı oyunçular üçün təqdirəlayiqdir.
Çempionatda konkret hər hansı komanda sizi xüsusilə təəcübləndiribmi?
Mən Yaponiyanın bu turnirdə daha çox irəliləyəcəyini düşünürdüm, çünki o komandanın Yeni Zellandiya 2008-də çox yaxşı oynadığını düşünürdüm. Təəssüf ki, onlar finala qədər irəliləyə bilmədilər və 1/4 finalda turnirdən uzaqlaşdırıldılar. Buna baxmayaraq, onlar hələ də qeyri-adi sürət, hərəkətlilik, taktiki dəyişkənlik və intellekt ilə çox cəzbedici hücum futbolu oynayırlar. Texniki cəhətdən onlar səhvsiz oynayırlar. Mən onların yenidən turniri tərk etmələrini gördüyüm üçün təəssüf hissi keçirirəm, çünki, onlar gənc oyunçular ilə nəyə qədər ola bilcəyinizin bariz nümunəsidir.
Sizcə turnirin debütantları turnirdə necə çıxış etdilər?
Turnirdə ilk dəfə iştirak edən komandların hələ çox şeyi öyrənməli olduqları açıq-aydın görünür. Ötən turnirdə olduğu kimi onlar elə ilk mərhələdə turniri tərk etməli oldular. Onların bu səviyyədə təcrübələri hələ yetərincə deyil və siz bu cür turnirdə ilk dəfə iştirak edən bir komandadan daha çox şeylər gözləyə bilməzsiniz. Bununla belə, Qambiya və Azərbaycan kimi ölkələrdə qadın futbolu bir neçə il bundan əvvəllərə kimi mövcud deyildi və bu cür mühüm turnirdə bu ölkələrin komandalarını turnirə çıxara bilmələri çox qeyri-adi bir haldır. Ən əsası isə, bu turnirin xüsusilə Azərbaycanda buraxacağı mirasdır. Federasiyanın son üç il ərzində etdiyi işləri yüksək qiymətləndirir və eləcə də bu gənc komandanın özünü təkmilləşdirməyə davam edəcəyinə ümid edirik.
Asiya futbolu hələ də qadın futbolunun aparıcı simasıdır?
Yarımfinala çıxan komandalara diqqət yetirsəniz, onlardan ikisinin Avropa və yalnız birinin Asiya təmsilçisi olduğunu görərsiz. Amma bu doğrudur ki, Asiya təmsilçiləri hər turnirdə ya yarımfinala çıxırlar, ya da turnirin qalibi olurlar. Bu kateqoriyada bütün titullar asiya komandaları tərəfindən qazanılıb. Bu onların gündəlik olaraq gənc qadın futbolçularının üzərində nə qədər işlədiklərini göstərir. Lakin siz, Yaponiya istisna olmaqla, nə üçün bu ölkələrin gənclərdən ibarət komandalarının bu qədər titullar qazandıqları halda, əsas milliləri mühüm turnirlərin final mərhələsinə və ya yarımfinalına çıxa bilməməklərinin səbəbini öyrənmək üçün özünüzə sual verməli olursuz.
U-20 və U-17 komandaları arasında hələ də böyük fərqlər mövcuddur?
Bu komandalar arasında əsas fərqlər oyunun sürətində, meydançadan taktiki cəhətdən istifadə olunmasında və oyunçularının gücündədir. Azərbaycan 2012-də güclülük baxımından seçilənlər yalnız yarımfinala çıxan komandalardır. Bununla belə, ən güclü U-20 komandası ilə bu komandalar arasında hələ də mühüm fərqlər mövcuddur, belə ki, U-20 komandaları yaxın və uzun ötürmələrlə, cinahlardan istifadə etməklə, əks hücumlar etməklə və s. ilə meydanda daha yaxşı yerdəyişmələr edə bilirlər. Onlar yaxın ötürmələrə və oyunu müdafiədən qurmağa üstünlük verirlər.
Siz meydançadakı tamaşadan həzz aldınızmı?
Bəli, çox həzz aldım. Turnirdə iştirak edən bütün komandalar topu rəqibdən aldıqdan sonra dərhal hücuma keçməklə komanda şəklində oynamaq və hücum futbolu sərgiləmək arzusunu nümayiş etdirdilər. Eləcə də, bir çox hallarda fərdi texniki keyfiyyətlərə də rast gəldim. Hər hansı vaxt bu komandaların oynadıqlarına baxdıqda, mən özüm-özümə düşünürəm: "Bu komandalar meydançadan kənarda yəqin ki, xeyli işlər görürlər!" Bu cür texniki və taktiki baxımdan bacarıqlı olan bu yaşda oyunçular bir gun ərzində əmələ gəlmirlər. Onların oyununda, divar ötürmələrində, ara paslarında və topu istiqəmətləndirmələrində, eləcə də hava ötürmələrinin və zərbələrinin keyfiyyətində xeyli yüksək intellekt vardır. Hər iki zərbələrindən biri qapıya tuş gəlir. Bu da qadın futbolunun gələcəyi üçün çox yaxşı haldır və mən qadınlararası turnirlərin gələcək perspektivi barədə heç də narahat deyiləm.
