13 oktyabr 2012 00:28
Kapello: Azərbaycan ilə oyunda futbolçuların arxayınlığa yol verməməsi üçün hər şeyi edəcəyik
Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Fabio Kapello DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliya üzərində qələbə qazandıqları (1:0) görüşdən sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, italiyalı mütəxəssis oktyabrın 16-da qəbul edəcəkləri Azərbaycan millisi ilə oyunda rəqibi düzgün qiymətləndirmək üçün əllərindən gələni edəcəklərinə söz verib.
- Rusiya yığması adətən belə böyük qələbələrdən sonra bir qədər zəif komandalarla oyunlara yaxşı köklənə bilmir. Siz, komandanın qələbə istəyinin ən azı bu günkü kimi olması üçün nə edəcəksiz?
- Bu xəbərdarlığınıza görə çox sağ olun. Amma mən bunsuz da öz təcrübəmə əsasən futbolda belə şeylərin olduğunu bilirəm. Öz gücüm daxilində əlimdən gələni edəcəm ki, belə bir hal yaşanmasın. Bu gün şam yeməyindən başlayaraq Azərbaycanla oyunun son saniyəsinədək futbolçularımızın heç bir arxayınlığa yol verməməsi üçün çalışacağıq. Rəqibi qiymətləndirməmək həmişə baha başa gəlir.

- Şam yeməyində nə olacaq və siz komandaya nə deyəcəksiz?
- Bu, adi şam yeməyi olacaq. Hansı ki, oyundan öncə də olmuşdu. Futbolçuların həyat yoldaşlarını dəvət etməyəcəyik. Amma kimlərsə ərlərinin yanında olmaq istəyirsə, qonaq gələ bilərlər.

- Uğurun davamı gələcək?
- Biz Portuqaliya ilə görüşdə çox yaxşı oyun keçirdik. Amma qarşıda daha vacib oyun var. Buna görə də Portuqaliya üzərindəki qələbəni mümkün qədər tez unutmağımız lazımdı. Çünki Azərbaycanla oyuna dərhal hazırlaşmağımız önəmlidi.

- Bu qələbədən sonra Rusiyanın qrupdakı durumunu necə dəyərləndirirsiz?
- Aydın məsələdi ki, istənilən qələbə komandaya əlavə inam qazandırır. Amma Portuqaliya kimi komandalar üzərində qələbənin qiyməti daha böyükdü. Biz hələ cəmi üç oyun keçirmişik. Qarşıda isə daha yeddi oyun var. Bir sözlə yolumuz uzundu.