14 oktyabr 2012 13:05
Simurqun əvəzediciləri İnter ilə oyun öncəsi qələbəyə sevindilər
"Simurq" Peşəkar Futbol Klubunun əvəzedici heyəti Zaqatala şəhər stadionunda məşqləri davam etdirir. Azerisport.az xəbər verir ki, Rövşən Babayevin yetirmələri hazırlıq çərçivəsində 17 yaşlılardan ibarət komandayla yoxlama görüşü keçirib.
Qarşılaşmadan əvəzedicilər qalib ayrılsa da, U-17-lər də pis təsir bağışlamayıb.
Qeyd edək ki, komanda Azərbaycan çempionatının 9-cu turu çərçivəsində, oktyabrın 19-da Bakının "İnter" klubunun qonağı olacaq. Babayevin yetirmələri hazırda keçirdiyi 8 oyunda 7 qələbə qazanaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
