14 oktyabr 2012 00:43
Sumqayıt AZAL üzərində qələbə qazandı
Çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt”ın əvəzediciləri AZAL-la qarşılaşıb. Azerisport.az xəbər verir ki, “AZAL Arena”da baş tutan görüşdə Vaqif Paşayevin komandası 3:1 hesabı ilə qələbə qazanıb.
“Sumqayıt”ın qollarını Arif Vəliyev və Ayaz Mehdiyev vurub. Bir qol isə avtoqol olub.
Qeyd edək ki, “Sumqayıt” və AZAL-ın əsas komandaları oktyabrın 15-də saat 16:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda üz-üzə gələcək.
