14 oktyabr 2012 01:09
Azərbaycan çempionu qrup üçüncüsü oldu
Futzal üzrə UEFA Kubokunun elit raundunda Azərbaycan çempionu “Araz”ın yer aldığı A qrupunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, “Araz”ın Xorvatiyanın “MNK Split” komandası ilə üz-üzə gəldiyi gündə bu qrupun oyunlarına ev sahibliyi edən Sloveniya “Litija”sı da İspaniya “Barcelona”sı ilə münasibətlərinə aydınlıq gətirib.
Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 3:0. Beləcə, UEFA Kubokunun son qalibi olan “Barcelona” bu mövsüm də dördlər finalına çıxıb.
Xatırladaq ki, Araz ilk oyununda “Litija”ya 3:5, ardından “Barcelona”ya 1:7 hesabıyla məğlub olmuşdu. Azərbaycan çempionu yalnız son turda “MNK Split”ə 5:1 qalib gəlib və qrupu üçüncü sırada başa vurub.
|
Barcelona
|
3
|
3
|
0
|
0
|
28-1
|
9
|
|
Litija
|
3
|
2
|
0
|
1
|
15-7
|
6
|
|
Araz
|
3
|
1
|
0
|
2
|
9-13
|
3
|
|
MNK Split
|
3
|
0
|
0
|
3
|
2-33
|
0
|
