14 oktyabr 2012 13:16

Qəbələ Rusiyada ardıcıl iki məğlubiyyətlə üzləşdi

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Young Talents – 2012” turnirinin qrup oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, qrup mərhələsinin sonuncu – 4-cü matçında “Qəbələ”nin 12 yaşa qədər futbolçulardan ibarət komandası  yerli “Zenit” kollektivi ilə münasibətlərini aydınlaşdırıb.
 
Matç peterburqluların hücumları ilə başlayıb. Bunun məntiqi nəticəsi kimi ilk hissə “Zenit”in 2:0-lıq üstünlüyü ilə yekunlaşıb. İkinci hissəyə isə “Qəbələ” daha fəal başlayıb. Topa nəzarəti ələ keçirən təmsilçimiz hissənin əvvəllərində hesab arasındakı fərqi azaltmağa müəssər olub. Rəqib müdafiəçilərindən ustalıqla sıyrılan Samir Qurbanov topu tora göndərib – 1:2. Hücumlarını davam etdirən komandamızda Təbriz İsazadə və Samir Qurbanovun status-kvonu bərpa etmək imkanları olsa da, onlar bu şansları dəyərləndirə bilməyiblər. Əvəzində “Qəbələ”ni əks-hücumda yaxalayan “Zenit” 3-cü topu təmsilçimizin qapısından keçirib – 1:3.
 
Bununla da, qrup mərhələsinin sonuncu oyununda məğlub olan U-12 5-liyi 3-cü sırada bitirib və 9-12-ci yerlər uğrunda mübarizə aparmaq hüququ qazanıb. “Qəbələ”nin bu mərhələdə ilk rəqibi Rusiyanın Kanaplov adına akademiyasının komandası olub. Matç Tolyatti təmsilçisinin hücumları ilə başlayıb. Bir gün ərzində 3-cü oyununa çıxan komandanın yorğunluğu ilk hissənin hesabında özünü göstərib – 0:2.
 
İkinci hissəyə “Qəbələ” daha fəal başlayıb. Ardıcıl rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaradan komandamız tezliklə hesab arasındakı fərqi azaldıb.  Samir Qurbanov Orxan Abdullayevin sağ cinahdan ötürməsini dəqiqliklə tamamlayıb – 1:2. Oyunun sonlarında əks-hücumdan sonra “Qəbələ” qapısında daha bir qol görüb və meydançadan 1:3 yenik ayrılıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.