14 oktyabr 2012 13:37

“Mən də millidə oynamağa layiqəm”

“Simurq” Peşakar Futbol klubunun ikinci kapitanı Aleksandr Şemonayev klubun rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu həm komandası, həm çempionat, həm də qarşıdakı oyunlar haqqındakı fikirlərini bölüşüb.
 
- Saşa, komandanın geridə qalan 8 tur çərçivəsindəki çıxışını necə dəyərləndirərdin?
- Hazırda komandamızda hər şey qaydasındadır. Məğlubedilmədən yolumuza davam edirik. Turnir cədvəlində lider mövqedəyik. Bir neçə qalib gəlməli olduğumuz oyunlarda xal itirdik. Lakin buna baxmayaraq, yolumuza davam edirik. Çalışacağıq ki, qaşıdakı oyunlarda da xallar qazanıb, sona qədər liderliyimizi qoruyaq.
 
- Bu mövsüm heyətdə köklü dəyişikliklər edildi. Fikrincə yeni legionerlər “Simurq”a güc qata bildilərmi?
- Yaxşı transferlərimiz oldu. Əlbəttə, bu günki “Simurq”un qazandığı nəticədə onların da böyük payı var. Lakin bəziləri bundan da artığını etmək gücünə malikdi. Fikrimcə, hamı var gücüylə meydanda mübarizə aparsa, “Simurq” qarşısına qoyduğu məqsədə heç bir çətinlik çəkmədən nail ola biləcək.
 
- Bəs, yeni heyətə qatılan gənc yerli futbolçular haqqında nə deyərdin?
- Asif, Murad yaxşı futbolçulardı. Daha yaxşı olmaq patensialına malik oyunçulardı. Komandaya xeyrləri dəyir. Ancaq çalışsalar, öz üzərlərində işləsələr, təbii ki, bundan artığını edə bilərlər. 
 
- Məşq prosesləri necə davam edir. Bu gün komanda Gürcüstanda yoldaşlıq görüşünə çıxacaq. Bu oyun haqqında nə düşünürsən?
- Hazırlığımız yaxşı davam edir. Oyun təcrübəmizi itirməmək üçün qonşu ölkəyə səfər etmişik. Bizim üçün fərqi yoxdu, bu, çempionat oyunudu, yoxsa yoldaşlıq görüşü. Hər bir qarşılaşmaya qalib gəlmək üçün meydana çıxırıq. “Dinamo”yla keçirəcəyimiz  yoxlama görüşünə də, qələbə qazanmaq üçün gəlmişik.
 
- Növbəti turda rəqib “İnter”di. Bir çoxları bu oyuna şübhə ilə yanaşır. Komandanın ikinci kapitanı olaraq bu matçın nəticəsi haqqında nə fikirləşirsən?
- Meydana ancaq qalib gəlmək üçün çıxacağıq. Qarşımıza bütün qarşılaşmalarda olduğu kimi, bu oyunda da qələbə qazanmaq tapşırığı qoyulub. “İnter” hazırda çempionatın ən güclü kollektivlərindən biridi. Bizim isə onlardan heç bir əskikliyimiz yoxdu. Fikrimcə, bu oyunda kim güclüdürsə, o da qalib gələcək.
 
- Həqiqətənmi, “Simurq”un hazırki liderliyi mövsümün surprizidi və bu müvəqqətidi?
- Futbolda belə bir qayda var: kim güclüdürsə, o da birinci pillədə olmalıdı. Bu gün biz, buna layiq bir komandayıq. 8 oyunda əldə etdiyimiz nəticə də bunu sübut edir. Hazırda çempionatda zəif komanda yoxdu. Biz isə bu kollektivlər içərisində məğlub olmayan yeganə komandayıq. Məncə bu nəticə, bütün suallara cavab ola bilər.
 
- Birinci mərhələnin başa çatmaasına 3 tur qalib. Saşa kimləri ilk “altılıq”da gürür?
- “Simurq”, “Qarabağ”, AZAL, “Neftçi”, “İnter” və “Xəzər Lənkəran”. Fikrimcə, bugünkü oyunlarına görə bu komandalar ilk “altılıq”a düşməyə layiqdir.
 
- Yenidən yığmaya “Simurq”dan futbolçu dəvət edilmədi. Komanda yoldaşlarından kimləri millidə oynamaya layiq hesab edirsən?
- Rasim Ramaldanovu, İlkin Qırtımovu, Qərib İbrahimovu, Murad Səttarlını və özümü. Yığmada oynamağa layiq futbolçularıq. Dəvət edilənlərin heç birindən aşağı səviyyəli oyunçular deyilik. Hazırkı lider komandanın əsas heyətinin üzvləriyik. Ancaq ümid edirəm ki, qarşıdakı toplanışlarda bizlərdən də kimlərisə milliyə dəvət edib, özümüzü göstərməyə şans verəcəklər.
 
- Bir zaqatalalı kimi “Simurq”un azarkeşləri haqqında nə deyərdin? Sizləri qələbəyə ruhlandıra bilirlərmi?
- Əlbəttə, hər bir oyunumuzda bizi sona qədər dəstəkləyirlər. Komandanı səfər oyunlarında da tək buraxmırlar. Bizdə onlara layiq olmağa, qələbələrimizlə azərkeşlərimizə sevinc bəxş etməyə çalışırıq. İnanıram ki, sona qədər də belə olacaq.  
 
- Avstriyadakı yoldaşlıq görüşlərinin birində gözəl qola imza atmışdın. Həmin qollardan Premyer Liqada nə vaxt görəcəyik?
- Meydandakı hər bir futbolçunun əsəs məqsədi qol vurmaqla komandaya qələbə qazandırmaqdı. Məndə hər bir zaman düşən imkanlardan maksimum yararlanmağa çalışıram. Qol vurmasam da, komandamızın nəticə qazanması üçün var gücümlə mübarizə aparıram. İnşallah, qarşıdakı turlarda fərqləməklə də, “Simurq”a qələbə qazandıraram. Ancaq futbol komanda oyunudur. Əsəs olan 3 xaldır.
 
- Bir çoxları səni Aleksandr Şemonayev kimi deyil, Saşa kimi tanıyır. Bu adın hər hansı bir səbəbi varmı?
- Elə də xüsusi səbəbi yoxdur. Ümumiyyətlə, Aleksandr adı daşıyanlara bir çoxları “Saşa” adıyla müraciət edir. Mənim də Saşa olmağımın səbəbi budu (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.