14 oktyabr 2012 13:42
Azərbaycan prezidenti UEFA başçısını qəbul etdi (VİDEO)
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev UEFA-nın prezidenti Mişel Platinini qəbul edib. Azerisport.az xəbər verir ki, görüşdə FİFA U-17 qadınlararası futbol üzrə dünya çempionatının Azərbaycanda yüksək səviyyədə təşkil olunmasından məmnunluq ifadə edilib, yarışların ölkəmizdə böyük maraqla izlənildiyi bildirilib. Görüşdə, həmçinin Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən futbolun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin önəmi vurğulanıb.
