14 oktyabr 2012 01:57
Qarabağla İnter heç-heçəyə razılaşdı
Ötən gün "Şəfa" stadionunda "İnter" və "Qarabağ" klubları arasında yoldaşlıq görüşü keçirilıb. Azerisport.az xəbər verir ki, tərəflər meydandan sülhlə ayrılıblar.
Belə ki, görüş 0:0 hesabıyla başa çatıb.
Qeyd edək ki, oktyabrın 20-də "İnter" Premyer Liqanın 9-cu turu çərçivəsində Zaqatalanın "Simurq" klubuyla üz-üzə gələcək. “Qarabağ” isə “Bakı” ilə qarşılaşacaq.
