14 oktyabr 2012 14:08
Millimiz 3 qol buraxdığı oyunda qələbə qazandı
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirlikləri yığması ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız bu görüşdə 4:3 hesabı ilə qalib gəlib.
Millimizin heyətində Zeynal Zeynalov, Əbdül Əliyev, Comərd Baxşəliyev və Elvin Quliyev fərqlənib.
