14 oktyabr 2012 14:21
“Azərbaycanla oyundan sonra arxayınlaşa bilərik”
Futbol üzrə Rusiya yığmasının futbolçusu Vasili Berezutski DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Moskvada baş tutacaq görüş ərəfəsində bunları dilə gətirib:
“Heç kim Portuqaliya və Azərbaycanla oyunların vacibliyi arasında bölgü aparmağa hazırlaşmır. Bu, bir tsikldi. Biz istəyimizə nail olmaq üçün maksimum xal toplamağa borcluyuq. Heç bir arxayınlıqdan söhbət gedə bilməz. Yalnız Azərbaycanla oyundan sonra arxayınlaşa bilərik”.
