14 oktyabr 2012 11:04

Mahir Şükürov: Biz Rusiya ilə matçda Portuqaliyadan daha yaxşı oynaya bilərik

Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin müdafiəçisi Mahir Şükürov D-2014-ün seçmə mərhələsinin Rusiya ilə oyunu ərəfəsində azerisport.az saytının suallarını cavablandırıb.
 
- Rusiya ilə oyundan nə gözləyirsiz?
- Bizi heç də sıradan rəqib gözləmir. Rusiya hazırda qrupumuzun həm favoriti, həm də lideridi. Komandanın əla heyəti, baş məşqçisi var. Üstəlik, bizi doğma divarlar arasında qəbul edəcəklər.
 
- Rusların Portuqaliyanı məğlub edəcəyini gözləyirdiniz?
- Düzünü desəm, hə. Çünki Fabio Kapellonun süni meydanda oynamaq kimi əsas üstünlüyü var idi. Portuqaliyalılar isə belə stadionlarda oynamağa o qədər də alışıq deyillər. Məhz bu üzdən onlar Moskvada öz oyunlarını tapa bilmədilər.
 
- Bəs bizim üçün bu, nə dərəcədə problem sayıla bilər?
- Bizim bəzi futbolçularımız çempionat oyunlarını məhz süni örtüklü meydanda keçirirlər. Amma hamısı yox. Hər halda aradakı fərqdən xəbərimiz var.
 
- Rusiyanın daha hansı üstünlükləri var?
- Ən əsas üstünlüklərindən biri geniş heyət seçiminin olmasıdı. Əgər kimsə sıradan çıxırsa, ona dərhal əvəzləyici tapırlar. Fikir verirsizsə, üç il öncə bizə qarşı oynamış bir çox ulduz futbolçular indi millinin sıralarında deyil. Bu isə komandaya mənfi yox, müsbət təsir göstərir.
 
- Sizcə, yığmamız Portuqaliyadan daha yaxşı oyun sərgiləyə bilər?
- Şübhəsiz. Əgər müdafiədə diqqətli oynasaq, əks-hücumlara sürətlə həyata keçirə bilsək, hər şey mümkündü.
 
- Məşqlərdə bunun üzərində çalışırsız?
- Məşqlərdə hər şeyə diqqət yetiririk.
 
- Elə isə Azərbaycan yığmasının qarşıdakı oyunda şansları nə dərəcədə yüksəkdi?
- Biz Portuqaliyanı məğlub etmiş komandaya qarşı oynayacağıq. Amma şansımız var. Meydana məğlub olmaq üçün çıxmağa hazırlaşmırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.