14 oktyabr 2012 00:02
Rail Məlikov Türkiyədə məğlubiyyətlə üzləşdi
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT birinci liqanın 7-ci turu çərçivəsində “Boluspor” klubu ilə qarşılaşıb.
Oyun doğma meydanda keçirilirdi. Ona görə də Dənizli klubu bu görüşdən mütləq qalib ayrılmağı hədəfləmişdi. Lakin onların bu istəyi baş tutmayıb. Meydan sahibləri ikinci hissədə gələn qolla minimal hesablı məğlubiyyətlə üzləşiblər.
Bu görüşdə Rail də forma geyinib. Baş məşqçi Engin İpekoğlu ötən tur olduğu kimi, onu bu dəfə də start heyətdə meydana buraxıb. Millimizin üzvü matçı əvəzedilmədən başa vurub.
Qeyd edək ki, Railin komandası altı oyuna 9 xalla altıncı yerdə gedir və ehtiyatda bir oyunu var.
PTT Türkiyə Birinci Liqası
7-ci tur
13 oktyabr
Denizlispor – Boluspor – 0:1
