14 oktyabr 2012 00:14
Cavid Hüseynovsuz Adana Demirspor səfərdə qələbə qazandı
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun çıxış etdiyi “Adana Demirspor” klubu Türkiyə PTT birinci liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Adana təmsilçisi ölkə çempionatının 7-ci turu çərçivəsində “Karşıyaka” ilə görüşüb.
Görüş səfərdə keçirilirdi. Lakin buna baxmayaraq, Adana təmsilçisi bu görüşdə inamlı qələbə qazanmağı bacarıb – 4:1.
Qeyd edək ki, Cavid bu oyunda iştirak etməyib. O, hazırda futbol üzrə Azərbaycan yığmasının düşərgəsində Rusiya ilə oyuna hazırlaşır.
“Adana Demirspor” hazırda 8 xalla 18 komanda arasında 11-ci yerdədi.
Türkiyə PTT birinci liqası
7-ci tur
13 oktyabr
Karşıyaka - Adana Demirspor – 1:4
