14 oktyabr 2012 11:55
Toni Adams Qəbələ haqda danışdı: Bu, böyük iş idi
“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams Azərbaycan klubunda keçirdiyi günləri yada salıb. Azerisport.az xəbər verir ki, ingilis mütəxəssis ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Portsmouth”dan sonra mən məşqçiliyə qayıtmağı o qədər də çox istəmirdim. Lakin sonralar mənə Azərbaycandan təklif gəldi. Onlar mənə yeni yaranan bir klubun qurulmasında pay sahibi olmaq şansı yaratdılar. Mən buna razılaşdım. Bu, mənim üçün maraqlı bir macəra idi. Mən bu kluba gedəndə, komandanın hətta normal meydançası belə yox idi. Ciddi problemlər var idi. Lakin tezliklə klub üçün stadion və baza tikməyə yer tapdıq. Artıq klubun həm süni, həm də təbii ot örtüklü meydançaları var. Bu, böyük iş idi”.
