14 oktyabr 2012 12:17
Rəşad Sadıqovun Rusiya ilə oyunda iştirakına Moskvada aydınlıq gələcək
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı forma geyə biləcək. Azerisport.az xəbər verir ki, “Qarabağ”ın lideri artıq komanda ilə birgə məşqlərə başlayıb.
Lakin son qərar Moskvada veriləcək. Berti Foqts sabah Rusiya paytaxtında baş tutacaq son məşqdən sonra start heyətini müəyyənləşdirəcək.
