14 oktyabr 2012 12:43
Simurq Gürcüstanda ilk məşqə çıxdı
Ötən gün səhər saatlarında Gürcüstana yola düşən "Simurq" qonşu ölkədə ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, komandanın 1 saata yaxın davam edən hazırlıq prosesində Georgi Çixradzenin yetirmələri isinmə və fiziki hərəkətlərdən sonra taktiki çalışmalar üzərində çalışıb.
Sonda isə ikitərəfli oyunla bu günlük məşq tamamlanıb.
Qeyd edək ki, "Simurq" bu gün Tiflis "Dinamo"su ilə yoldaşlıq görüşü keçirəcək. Ertəsi gün isə yenidən Zaqatalaya qayıdaraq hazırlıqları doğma şəhərdə davam etdirəcək.
