14 oktyabr 2012 00:27
Rəşad Sadıqov: Rusiya yığmamıza qarşı tam fərqli oyun sərgiləyəcək
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Zədəniz nə yerdədi?
- Ayağımda ağrılar hiss edirdim. Amma indi hər şey normaldı. Artıq komanda ilə məşqlərə başlamışam və özümü yaxşı hiss edirəm. Odu ki, komanda ilə birgə Moskvaya gedəcəyəm. Fikrimcə, meydana çıxmaq şansım da yüksəkdi.

- Bəs meydana çıxa bilməsəz necə? Sizi əvəzləyəcək kimsə var?
- Komandada kifayət qədər oyunçu var. Son qərarı baş məşqçi Berti Foqts verəcək.

- Rusiya – Portuqaliya matçına baxdınız?
- Bəli. Maraqlı oyun alındı. Rusiya erkən qol vurmağa nail oldu və diqqətini müdafiəyə yönəltdi. Portəgizlərə gəlincə, məncə, “Lujniki”nin süni örtüklü qazonu onlara öz texnikalı futbollarını sərgiləməyə imkan vermədi.

- Bu, yığmamıza da problem yarada bilər?
- Premyer Liqanın oyunlarında biz tez-tez süni meydanda oynayırıq. Odu ki, alışığıq.

- Rusiya yığması hazırda yaxşı formadadı...
- Məncə, Portuqaliya ilə oyun Rusiyanın əsl imkanlarını göstərməsinə şərait yaratmadı. Bizimlə tamamilə başqa cür oynayacaqlar. Çətin ki, yenə bütün diqqəti müdafiəyə yönəltsinlər. Əksinə, hücum futbolu oynayacaqlar.
- Elə isə, yığmamızın bu oyundakı şansları barədə nə deyə bilərsiz?
- Bizim vətənə yaxşı nəticə ilə dönmək şansımız var. Mümkündü ki, rəqib yorğun olsun. Çünki onlar çətin 90 dəqiqə keçiriblər. Amma biz istirahət edirdik. Həm də onlar bu seçmə mərhələdə ardıcıl üç qələbə qazanıblar. Onların bizimlə görüşə bir qədər arxayın çıxması da istisna deyil. Bu, təbii ki, bizim lehimizə işləyəcək. Əgər ilk 45 dəqiqədə qapımızı qolsuz saxlaya bilsək, hər şey ola bilər.

- Rusların mümkün arxayınlığı ilə bağlı qonşu ölkənin futbol ictimaiyyətində ciddi müzakirələr var. Ola bilər ki, bu, hiss olunmasın?
- Oxumuşam. Demək başqadı, əməldə etmək başqa. Təcrübəli futbolçular həmişə belə məqamlara həssas yanaşırlar. Oyun zamanı isə hər şey ola bilər. Lakin mümkündü ki, Fabio Kapello komandasını bizimlə oyuna çox ciddi hazırlasın.

- Biz Braqada Portuqaliyaya qarşı oynadığımız futbolu sərgiləyəcəyik?
- Xeyr. Fikrimcə, fərqli oyun göstərəcəyik. Daha yaxşı oynamalıyıq.