15 oktyabr 2012 12:15
Ağasəlim Mircavadov: Millimiz Rusiyadan xal ala bilər
Təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadov Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən bəzi mütəxəssislərin bu oyunla bağlı fikirlərini oxumuşam. Açıqlamaların çoxunda bir özünəəminlik hiss olunur. Bunu da başa düşmək olar. Komandaları bir neçə gün öncə Portuqaliya kimi güclü komandaya qalib gəlib. Lakin Rusiya yığmasının millimizlə görüşdə asan qələbə qazanacağına dair fikirlərlə razı deyiləm. Onlara bizimlə görüşdə çətin olacaq. Əvvəla Azərbaycan yığmasına əlavə motivasiya lazım deyil. İtiriləsi də heç nəyimiz yoxdu. Əksinə, xal qazana bilərik. Komandamız qrupundakı istənilən rəqibindən xal ala bilər”.