15 oktyabr 2012 12:35
Hacı Hacıyev: Azərbaycanı məğlub edəcəyik, qalır yalnız hansı hesabla olması
Rusiyanın “Volqa” klubunun baş məşqçisi Hacı Hacıyev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya – Azərbaycan matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bəribaşdan da gözləmək olar ki, Fabio Kapello Azərbaycanla oyunda hücum xəttini gücləndirməyə çalışacaq. Lakin heyətdə ciddi dəyişikliklər olacağını düşünmürəm. Ola bilsin ki, bu, bir-iki mövqe ilə bağlı olsun. Biz Azərbaycanla oyunda qələbə qazanacağıq. Yalnız hansı hesabla olması sual doğurur”.