15 oktyabr 2012 12:46

Sergey Yuran: Azərbaycan millisi istənilən vaxt partlamağa qadirdi

“Simurq”un sabiq baş məşqçisi Sergey Yuran DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq Rusiya – Azərbaycan matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az rusiyalı mütəxəssislə müsahibəni təqdim edir.
 
- Azərbaycan yığması haqda nə deyə bilərsiz?
- Bu, tipik cənub komandasıdı – temperamentli, yaxşı texnikalı, sürət potensialı olan futbolçulardan qurulub. Eyni zamanda intizamlı futbolçular baş məşqçinin tapşırıqlarını ciddi şəkildə yerinə yetirməyi bacarırlar. Bunda da daha çox almaniyalı mütəxəssis Berti Foqtsun əməyi var. O, artıq dörd ildi bu ölkədə çalışır.
 
- Foqtsun komandasının oyun üslubunu necə xarakterizə edə bilərsiz?
- Azərbaycan yığması evdə və səfərdə tamamilə fərqli komandadı. Onlar öz meydanlarında çox fəaldılar, hücumameylli oyun sərgiləyirlər. Amma səfər matçlarında 5-4-1 taktikasına keçirlər. Əsas gücü müdafiə və orta sahəyə verib, hücumda cəmi bir futbolçuya bel bağlayırlar.
 
- Bəs komandanın aparıcı futbolçuları barədə nələri xüsusi qeyd etmək olar?
- Qapıçı Kamran Ağayev yığmada ən təcrübəlilərdən sayılır. O, kifayət qədər sabit qapıçıdı. Yaxşı reaksiyaları var. Sadəcə, çıxışlarda müəyyən səhvləri olur. Cinah müdafiəçisi Vladimir Levin (qeyd edək ki, Yuran əslində mərkəz müdafiəçisi olan Levini cinah oyunçusu kimi təqdim etməklə səhvə yol verib – azerisport.az) cəlddi, hücumlara yaxşı qoşulur. Amma daha çox müdafiəyəmeylli futbolçudu. Mərkəz müdafiəçiləri Maksim Medvedevlə Rəşad Sadıqov (Maksim də cinah müdafiəçisidi – azerisport.az) güclüdülər, ucaboydular. Standart vəziyyətlər zamanı da inamlı oynayırlar. Müdafiə xəttində Ruslan Abışovla Əli Gökdəmir kimi futbolçuları da var.
 
- Bəs orta sahə ilə bağlı nə deyə bilərsiz?
- Yarımmüdafiə xəttində daha çox Mahir Şükürov, Rahid Əmirquliyev, Cavid Hüseynov kimi futbolçulara üstünlük verirlər. Əmirquliyev adətən hücumçuların arxasında çıxış edir. O, xüsusilə cərimə zərbələri zamanı təhlükəlidi. Fərdi cəhətdən də güclüdü.
 
- Bəs Foqts hücum xəttində kimə üstünlük verir?
- Ön xəttdə ya Cihan Özkara, ya da serbiyalı Branimir Subaşiç çıxış edir. Hər ikisi təhlükəlidi, başla yaxşı oynayırlar. Əgər onlara sərbəstlik verilsə, xoşagəlməz anlar yaşada bilərlər.
 
- Yekun olaraq nəyi deyə bilərsiz?
- Azərbaycan yığması ilə oyun asan gəzinti hesab oluna bilməz. Mən bu komandanı bombaya bənzədərdim. İstənilən vaxt partlamağa qadirdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.