15 oktyabr 2012 12:54
Mahir Şükürov Rusiyaya mümkün qayıdışından danışdı
Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin müdafiəçisi Mahir Şükürov yenidən Rusiyaya qayıtmaq perspektivindən danışıb. Azerisport.az xəbər verir ki, rusiyalı jurnalistlərin bu barədə sualına o, belə cavab verib:
“Mən “Anji”də oynadığım dövrləri yaxşı xatırlayıram. Amma hazırda çıxış etdiyim “Neftçi”dəki durumumdan tam razıyam. Biz Avropa Liqasında çıxış edirik. Hansı ki, elə “Anji” də bu turnirdə qüvvəsini sınayır. Futbolçunun həyatı belədi ki, bu gün burdasan, sabah başqa klubda. Mən Rusiyadan ayrıldığım üçün heç kimdən incik deyiləm. Heç kimə də nəyisə sübut etmək haqda düşünmürəm”.