15 oktyabr 2012 13:08
Yığmamızı Rusiya ilə oyunda 1000 azarkeş dəstəkləyəcək
Futbol üzrə Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya ilə oyunda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, komandamızı təxminən 1000 nəfər azərbaycanlı azarkeşin dəstəkləməsi gözlənilir.
AFFA bu məqsədlə bilet də ayırıb. Həmin biletlər Moskvada yaşayan həmyerlilərimizə, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələrə paylanacaq.
Qeyd edək ki, Rusiya – Azərbaycan matçı sabah Moskvadakı “Lujniki” stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
