15 oktyabr 2012 13:12
Yığmamızın heyətində dəyişiklik edildi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlar üçün açıqlanmış heyətində dəyişiklik baş verib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, Emil Balayevin əvəzinə yığmanın heyətinə Rəşad Əzizov dəvət olunub.
