15 oktyabr 2012 14:19
Berti Foqts: Azərbaycan sabah qələbə də qazana bilər, uduza da
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya ilə oyun öncəsi mətbuat konfransı keçirib. Azerisport.az həmin tədbirdən hazırlanmış reportajı təqdim edir.
- Rəşad Sadıqov sabah meydana çıxa biləcək?
- Ötən gün o, məşqdə iştirak edə bilmədi. Lakin onun meydana çıxması üçün əlimizdən gələni edirik. Çünki İsrail və Portuqaliya ilə oyunlarda Sadıqov Vladimir Levinlə əla tandem təşkil etdi.

- Komandanızın nə qədər qələbə qazandığını bilirsiz?
- Bu, mənim üçün o qədər də vacib deyil. Mən Azərbaycanda işləməyə başlayanda da bilirdim ki, məğlubiyyətlərin sayı qələbələrdən çox olacaq. Əsas odu ki, bu ölkədə futbol inkişaf etsin.

- Hansı Rusiya daha güclüdü: Hiddinkli yoxsa Kapellolu?
- Rusiya həmişə güclü olub. Hətta Dik Advokatla AÇ-2012-də çıxış edərkən də. Onların Yunanıstanla oyunda sadəcə bəxtləri gətirmədi.

- “Lujniki”nin süni örtüyü sizin üçün çətinlik yarada bilər?
- Biz bu oyuna süni örtüklü meydanda hazırlaşırdıq və buna görə ciddi narahatlığımız yoxdu. Azərbaycanda da belə stadionlar az deyil. Özü də “Lujniki”nin süni örtüyü dünyada ən yaxşılardandı.

- Azərbaycan yığması Rusiyaya qol vura biləcək?
- Futbolda öncədən nəyisə demək çətindi. 90 dəqiqə meydanda 11 nəfər 11 futbolçuya qarşı mübarizə aparır. Unutmayın ki, Azərbaycan Almaniyaya bir seçmə mərhələdə iki qol vuran yeganə komandadı.

- Portuqaliya ilə oyun öncəsi demişdiniz ki, biz bura qələbə qazanmaq yox, öyrənmək üçün gəlmişik. Bəs bu dəfə?
- Futbolçularım öyrənməyi bacarırlar. Sabah onlar qələbə də qazana bilərlər, məğlub ola da. Biz yaxşı toplanış keçirmişik. Lakin biz buna görə komandadan dünya səviyyəli oyun gözləyə bilmərik.

- Yığma Moskvaya niyə belə tez gəldi?
- Biz yerli iqlim şəraitinə alışmalıyıq. Yığmamın mətbuat üçün qapalı olmasına gəlincə, bu, normal haldı. Hər məşqin adətən 15 dəqiqəsi açıq olur. Mənim rusiyalı jurnalistlərdən sirrim yoxdu. Sadəcə, sakitcə hazırlaşmaq istəyirik.

- Hansı rusiyalı futbolçunu komandanızda görmək istərdiniz?
- Hamısını istərdim. Amma daha çox onu istəyirəm ki, Azərbaycan millisində yerli və gənc futbolçular çıxış etsinlər.