15 oktyabr 2012 14:37
Berti Foqts: Qrupda 3-cü yeri tutmaq istəyirik
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi DÇ-2014-ün seçmə mərhələsindəki hədəflərindən danışıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis Rusiya ilə oyun öncəsi Moskvada keçirdiyi mətbuat konfransında bunları söyləyib:
“Bizim çox çətin qrupumuz var. Portuqaliya və Rusiya kimi güclü komandalarla eyni qrupda yer almışıq. Bizim hədəfimiz qrupumuzun güclü komandalarını məyus etməkdi. Bunu xüsusilə ev oyunlarında reallaşdırmağa çalışacağıq. Məsələn, DÇ-2010-un seçmə mərhələsində məhz Rusiya yığması ilə Bakıda yaxşı oynamışdıq. Biz ciddi çalışırıq və qrupda üçüncü yeri tutmağa çalışırıq. Əgər buna nail olsaq, böyük bir uğura imza atmış olacağıq. AÇ-2016-ya gəlincə, həmin birincilikdə 24 komanda çıxış edəcək. Hər halda Azərbaycan yığmasının da kiçik bir şansı var və bundan yararlanmaq lazımdı”.