15 oktyabr 2012 14:46
Şimali İrlandiya - Azərbaycan oyununun başlanma vaxtı bəlli oldu
Futbol üzrə Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi daha bir oyunun başlanma vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, noyabrın 14-də Belfast şəhərindəki WindsorPark stadionunda keçiriləcək Şimali İrlandiya - Azərbaycan qarşılaşması yerli vaxtla saat 19:45-də (Bakı vaxtı ilə saat 23:45-də) başlayacaq.
