15 oktyabr 2012 15:14

Vladimir Levin: Rusiyadan xal almağımız istisna deyil

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Vladimir Levin azerisport.az saytına müsahibəsində sabah baş tutacaq Rusiya ilə oyundakı şanslarımızı dəyərləndirib.
 
- Rusiya ilə oyundan nə gözləyə bilərik?
- Bu, Azərbaycan yığmasının ən çətin sınaqlarından biri olacaq. Bizim gənc futbolçular qrup lideri ilə görüşdə nəyə qadir olduqlarını isbatlamalıdılar. Özü də yalnız gənclər yox, elə digər futbolçular da.
 
- Liderlə, yoxsa favoritlə?
- Mən deməzdim ki, Rusiya bu qrupun favoritidi. Hətta Portuqaliya üzərində qələbə qazansa da. Çünki qarşıda hələ çox oyun var.
 
- Bəs yığmamız bu qrupda nə edə biləcək?
- Hər şey mümkündü. Biz hərdən gözlənilməz nəticələr qazanırıq. İstisna etmirəm ki, iddialılardan hansısa yığmamızla oyunda xal itirəcək.
 
- Biz nəyin sayəsində Rusiyadan xal ala bilərik?
- Mən Rusiya yığmasının bizi düzgün qiymətləndirməyəcəyini düşünmürəm. Buna görə də biz onların arxayınlaşmasına ümid bəsləyə bilmərik. Nəticə qazanmaq istəyiriksə, diqqətli oynamalı, səhv buraxmamalıyıq.
 
- Rəşad Sadıqovsuz oynamaq çətin olmayacaq?
- Bunu yalnız oyun özü göstərə bilər. Özü də hələ onun oynamayacağı tam dəqiqləşməyib. Mümkündü ki, kapitan oyuna çıxsın. Bizdə əvəzedilməz futbolçu yoxdu. Yəni demək olar ki, bütün oyunçularımız bərabər səviyyədədilər.
 
- Rusiya yığmasının Portuqaliya ilə görüşdə real qol şansı yaratmağa imkan verməyəcəyini gözləyirdiniz?
- Xeyr. Mən Portuqaliyanın hücumda daha fəal, aqressiv oynayacağını düşünürdüm. Amma Rusiya müdafiədə inamlı təsir bağışladı.
 
- Mümkündü ki, ruslar bizimlə oyunda tamamilə fərqli futbol göstərsinlər?
- Bəli. Biz müdafiədə ciddi təzyiqlə üzləşəcəyik. Ona görə də maksimum diqqətli olmağa məcburuq.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.