15 oktyabr 2012 15:27

Fabio Kapello: Azərbaycan ilə oyunun taleyini ilk dəqiqələrdən həll etməliyik

Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Fabio Kapello DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:

“Mənə elə gəlir ki, siz sabah baş tutacaq oyunun asan keçəcəyini düşünürsüz. Amma mən belə hesab etmirəm. Azərbaycan özünə hörmət tələb edən komandadı. Onlar İsraillə heç-heçə oynadılar. Amma qələbə də qazana bilərdilər. Portuqaliya ilə görüşdə də uzun müddət duruş gətirdilər. Həmin oyunda sadəcə son dəqiqələrdə buraxılan qollarla məğlub oldular. Bizimlə oyuna da tam hazır gəlirlər. Çünki biz Portuqaliya ilə oynayanda onlar məşq edib, hazırlaşırdılar. Bu üzdən biz ilk dəqiqələrdən görüşün taleyini həll etməyə çalışmalıyıq. Düşünməməliyik ki, gec-tez qol vuracağıq”.
 
İtaliyalı mütəxəssis Berti Foqtsla da bağlı danışıb: “Mən Foqtsu şəxsən tanıyıram. Ona qarşı hətta yığma komandalar çərçivəsində oynamışam da. Azərbaycan yığması Foqtsun rəhbərliyi altında çox intizamlı oyun sərgiləyir. Hücum xəttində isə fərdi cəhətdən güclü, kifayət qədər təhlükəli futbolçulara güvənirlər”.
 
“Əgər Azərbaycan yığması bütün qüvvə ilə müdafiə olunsa, biz də tam gücümüzlə hücum etməliyik. Əksinə, onlar xoşbəxtliyi bizim qapımızda axtarsalar, onda müdafiə olunmalıyıq. Bir sözlə futbolda hər zaman vəziyyətə görə hərəkət etməli olursan”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.