15 oktyabr 2012 15:46
İqor Denisov: İnanıram ki, sabah da qələbə istəyimiz Portuqaliya ilə görüşdəki qədər yüksək olacaq
Futbol üzrə Rusiya yığmasının yarımmüdafiəçisi İqor Denisov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bizim üçün Portuqaliya və ya Azərbaycanla oynamağın fərqi yoxdu. Çünki hər oyuna 3 xal qazanmaq üçün çıxırıq. Fikrimcə, sabah da qələbə istəyi Portuqaliya ilə görüşdəki qədər yüksək olacaq. Bu görüşdə qələbə qazanıb, yüz faizli nəticə ilə azarkeşlərimizi sevindirmək istəyirik. Amma stadion tam dolmasa, bir qədər üzücü məqam olacaq. Əminəm ki, Azərbaycanla matç çətin keçəcək. İndi hamı futbolu yaxşı oynayır. Bizim üçün asan rəqib yoxdu. Xal itkisi bizə baha başa gələ bilər. 1:0 hesablı qələbə də bizi tam qane edəcək”.
