15 oktyabr 2012 15:57
“Azərbaycan millisində yalnız Vaqif Cavadovu tanıyıram”
Futbol üzrə Rusiya yığmasının yarımmüdafiəçisi Denis Qluşakov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Güman edirəm ki, sabah stadionda anşlaq olmayacaq. Necə də olmasa, Portuqaliya ilə yox, Azərbaycanla oynayacağıq. Lakin istənilən halda biz azarkeşlərin dəstəyinə ehtiyac duyuruq. Rəqibimiz müdafiədən oynayacaq. Ona görə də bizə çətin olacaq. Lakin biz rəqibə yuxarıdan aşağı baxmırıq. Hər şeyə rəğmən, qələbəyə köklənmişik. Azərbaycan yığmasının heyətində demək olar ki, heç kimi tanımıra. Yalnız Vaqif Cavadovu tanıyıram”.
