15 oktyabr 2012 15:30

Azərbaycan Betini alqışlayır

Şənbə günü Azərbaycanda keçirilən 17 yaşadək qızların futbol üzrə Dünya Çempionatı Fransa yığmasının kuboku başı üzərinə qaldırması və ayrı-ayrı futbolçulara müxtəlif mükafatların verilməsi ilə yekunlaşdı. FIFA.com saytı həmin mükafatları və onların sahiblərini sizin diqqətinizə çatdırır:
 
Qızıl Top Mükafatı: Qric Mbok Beti (Fransa)
Gümüş Top: Ri Hyanq-Sim (Şimali Koreya)
Bürünc Top: Yui Haseqava (Yaponiya)
 
17 yaşadək qızların futbol üzrə Dünya Çempionatı tarixində ilk dəfə olaraq müdafiəçi çempionatın ən yaxşı oyunçusu mükafatına layiq görüldü. Fransaının çempionatdakı uğuruna təqdirəlayiq töhfələr vermiş Qric Mbok Beti adıgedən mükafata əsas iddiaçı idi. Komandasının turnir ərzində keçirdiyi bütün oyunlarında əsas heyətdə yer alan oyunçu müasir dövrdə müdafiəçilərdən tələb olunan bütün keyfiyyətləri özündə birləşdirir. Şənbə günü keçirilən final oyununda Fransanın qələbəsində böyük pay sahibi olmaqla bu futbolçu öz istedadını bir daha sübut etmiş oldu.
 
Mükafat təqdim olunduqdan sonra nəhəng Mbok Beti belə söylədi: “Bu mükafata layiq olub olmadığımı deyə bilmərəm. Amma onu bilirəm ki, bu zirvəyə gəlib çıxmaq üçün çox sınaqlardan keçməli olmuşam. Çempionat başlamamışdan əvvəl zədə almışdım, bu səbəbdən yenidən əvvəlki formama qayıtmaq çox çətin idi. Yekun olaraq demək istərdim ki, ən yaxşı oyunçu, eləcə də ilk müdafiəçi kimi bu mükafata layiq görüldüyümə görə hər kəsə minnətdaram”.
 
Ri Hyanq-Sim çempionat boyu davamlı oyunu ilə seçildi və Koreya XDR-ın finala yüksəlməsində əvəzsiz rol oynadı. O, qol vurmaqla yanaşı, bir çox hücumların qurulmasında komanda yoldaşlarına da yardımçı olur, əlinə düşən hər fürsətdə onların da komandanın uğurunda payı olmasına çalışır və özünü sırf olaraq komanda oyununa həsr edirdi. Onun hücumların qurulmasındakı rolu, topla rəftarı və dəqiq ötürmələri daima Azərbaycan 2012 Çempionatının maraqlı məqamları olaraq yayımlanırdı.
 
Yui Haseqavaya Gənc Nadeşikonun adına layiq bir mükafat təqdim edildi. Uzaqgörənliyi, gözəl oyun texnikası və dəqiq zərbələri ilə 15 yaşlı futbolçu Yaponiyanın oyun üslubunu özündə əks etdirirdi. Onun Meksikanın qapısından keçirdiyi qol isə çempionatın ən yaxşı qolları sırasındadır.  
 
Qızıl Butsi Mükafatı: Ri Un-Sim (Şimali Koreya)
Gümüş Butsi: Çinvendu Ihezuo (Nigeriya)
Bürünc Butsi: Halimatu Ayinde (Nigeriya)
 
Koreya XDR-in 2008-ci ildə qazandığı kuboka yenidən bu qədər yaxın olmasının əsas səbəbkarı məhz Ri Un-Simdir. O, 2010-cu ildə Trinidad və Tobaqoda Koreya Respublikasının oyunçusu Yeo Mincinin vurduğu səkkiz qolluq rekordu bu çempionatda yenidən təkrarladı. Onun qol duyumu Fransa və ABŞ ilə qrup oyunlarındakı, eləcə də Kanadaya qarşı dörddə bir final mərhələsindəki qələbələrdə mühüm rol oynadı. Bundan başqa, Almaniya ilə yarımfinal görüşü istisna olmaqla çempionatda keçirdiyi bütün oyunlarda Un-Sim dəqiq zərbələri hesabına rəqib qapılarına yol tapa bilmişdi.
 
Çinvendu İhezuonun altı qolu, Halimatu Ayindenin isə dörd qolu Nigeriyanı çempionatın üçüncü ən məhsuldar komandasına çevirdi. İhezuo qrup mərhələsində ev sahiblərinin darmadağın edildiyi görüşdə beş dəfə fərqlənmişdi. O zaman Ayindenin hücumlara verdiyi dəstək də həlledici olmuşdu. Hər iki futbolçu inanılmaz sürət, güc və gözəl qol duyumu nümayiş etdirirdilər.
 
Qızıl Əlcək Mükafatı: Romane Bruney
 
İndi bütün dünya fransız qapıçının çoxsaylı keyfiyyətlərinə bələddir: düzgün mövqe seçimi, çevik reaksiya, çəkinmədən təhlükə üzərinə atılma və bir çox digər keyfiyyətlər. Onun penaltilər seriyasında nümayiş etdirdiyi bacarığı da qalibin müəyyənləşməsində mühüm rol oynadı. İki penalti zərbəsini geri qaytardıqdan sonra fransız qapıçı növbəti dəfə cəsarət nümayiş etdirərək komandasının beşinci penalti zərbəsinə öz adını yazdırdı. Tamaşaçılar Romanenin Koreya XDR və ABŞ-a qarşı keçirdiyi qrup oyunlarında göstərmiş olduğu fədakarlığın bir daha şahidi oldular.
 
“O, bu mükafata hər kəsdən çox layiqdir”, deyə komanda yoldaşı Mbok Beti bildirdi.   
 
"Mənə Qızıl Əlcək Mükafatına layiq görüldüyümü deyəndə bunun zarafat olduğunu sandım”, deyə mükafat sahibi söylədi. “Gözlərimə inana bilmirəm. Sanki yuxudayam. Belə bir mükafat qazanacağım heç ağlıma da gəlməzdi. Hisslərimi sözlə ifadə etmək mümkün deyil”.
 
FIFA-nın Ədalətli Oyun Mükafatı:
Dörddə bir final oyunundan sonra çempionatdan kənarda qalmasına baxmayaraq, Yaponiya turnir boyu sərgilədiyi nümunəvi davranışa, qələbə və məğlubiyyəti eyni dərəcədə iltifatla qəbul etməsinə və daima əsl idman mübarizəsi nümayiş etdirməsinə görə bu mükafata tam layiqdir. 
 
FIFA-nın Ədalətli Oyun Mükafatı FIFA Texniki Tədqiqat Qrupu tərəfindən həm meydanda, həm də meydandan kənarda komandaların davranışlarının təfsilatlı qiymətləndirilməsi əsasında təqdim olunur. Mükafatın məqsədi FIFA yarışlarında oyunçular, məqşçilər, eləcə də azarkeşlər arasında idman mədəniyyətinin formalaşdırılmasıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.