15 oktyabr 2012 16:14
Azərbaycanda keçirilən DÇ-2012: Uğurlar və uğursuzluqlar
Ən azı on beş 11 metrlik cərimə zərbələrindən sonra FIFA U-17 qadınlararası dünya çempionatının kubokunun sahibi hələ də müəyyən deyildi. Növbəti zərbəni Koreyalı oyunçu Ri Un-Yonq yerinə yetirdi və qapıçı Romano Bruney zərbəni dəf etdi. Bununla da Yeni Zellandiya 2008-in çempionunun sayca ikinci kuboku qazanmaq arzusu və Asiya Futbol Konfederasiyası təmsilçilərinin 100 faizlıq nəticə göstəricisi sona yetdi. Nəzərinizə çatdıraq ki, sayca ikinci turnir olan Trinidad və Tobaqo 2010-da Koreya Respublikası çempion olmuşdur.
Məğlubiyyət anı təsdiqləndikdə, komandanın 16 nömrəsi gözləri yaşlı yerə oturdu və onun həmçinin qəmgin komanda yoldaşları ona təsəlli vermək üçün ona tərəf qaçdılar. Azərbaycan 2012-nin çempionluğa namizəd favoritlərindən biri hesab edilən Koreya XDR turnirə yaxşı start vermiş, lakin pleyoff mərhələlərində əvvəlki tempini saxlamaqda çətinlik çəkmişdir və son olaraq finalda Fransaya məğlub olmuşdur.
Oyundan sonra məşqçi Hvanq Yonq-Bonq komandasının hansı məqamlarda düzgün oynamadığını obyektiv olaraq qeyd etməsi ilə bərabər istedadlı gənc oyunçularının gələcəyinin parlaq olduğunu da həmçinin vurğuladı. "Ola bilsin ki, biz rəqiblərimizi lazımi səviyyədə qiymətləndirmədik," deyə Hvanq qeyd edir.
"Fransızlar çox güclü komandadır və bu gün onlar çox yaxşı oynadılar," deyə o, söhbətinə davam edir. "Komandamızda həmçinin nəsil dəyişməsi baş verir və üzərimizdəki mənəvi təzyiq bəzən dözülməz olur. Bununla belə, biz pessimizmə aludə olmamalıyıq və mən bu turniri heç də məyus tərk etmək niyyətində deyiləm. Əksinə olaraq, zənnimcə məğlubiyyət nailiyyətin anasıdır".
Finalçı komanda, Trinidad və Tobaqo 2008-də Cənubi Koreyalı Yeo Minjinin rekorduna bərabər səkkiz qolla çempionatın bombardiri olan 10 nömrəli Ri Un-Sim kimi oyunçuların aşkar edilməsindən sözün əsl mənasında təsəlli tapa bilər. Bundan əlavə, məşqçi Hvanqın heyətində əsas hüçumçusu yaxşı oyun göstərmədikdə ehtiyyatda oyunun taleyini həll edə bilən oyunçuları da vardır. Misal üçün, Kim So-Hyanq Almaniyaya qarşı 2-1 hesablı yarımfinal oyununda meydana çıxaraq həlledici qolu vurmuşdur.
Şimali Koreyalılar B qrupuna 11-0 hesablı Qambiya darmadağınından daha yaxşı start arzu edə bilməzdi. Bununla belə, onlar Fransa və ABŞ-a qarşı qrupdakı növbəti oyunlarında çətin qazanılmış heç-heçələr etdilər. Ri tərəfindən qurulan komandanın hüçum oyunu əsasən qısa və cəld ötürmələr üzərində qurulurdu.
Bununla belə, pleyoff mərhələsində Kanada və Almaniyaya qarşı oyunlarda koreyalılar yüksək hava ötürmələri ilə topu orta xəttdən ölümcül 10 nömrəli hücumçularına və ya onun müvafiq cütlüyü Ri Kyonq-Hyanq və yaxud Kimə verməklə oyun qurmağa başladılar. Şənbə günündəki final oyununda Fransızlar xüsusilə də ilk hissədə onların bu hücumlarının qarşısını məharətlə aldılar. Buna baxmyaraq, Koreya XDR hücum xəttində oyunçu dəyişiklikləri etdikdən və yenidən qısa-ötürməli oyun sisteminə keçdikdən sonra Fransızlar sonrakı dəqiqələrdə müdafiəyə çəkilməli oldular.
"Zənnimcə, Fransa ilk hissədə, Koreya XDR isə ikinci hissədə daha yaxşı oynadılar," deyə Fransalı məşqçi Qay Feriyer qeyd edir. " Lakin mən ümumilikdə qələbəyə layiq olduğumuzu düşünürəm".
