15 oktyabr 2012 16:28

Bəxt və istedad birləşəndə

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 boyunca çempionatın qalibi Fransa sadəcə özünəinam, güc və nəfislik deyil, eləcə də təqdirəlayiq səviyyədə davamlılıq nümayiş etdirmişdir. Finalda dramatik 1-1 hesablı heç-heçənin ardından 11 metrlik cərimə zərbələri seriyasında Koreya XDR-i 7-6 hesabı ilə məğlub etməklə Fransa bir daha bu mühüm keyfiyyətləri nümayiş etdirdi. Bununla belə, bəxt amili də həmçinin öz sözünü dedi.
 
"Bu çox qəribədir; bugünkü uğurumuzu tamamilə dərk etmək üçün hazırda çətinlik çəkirik, lakin bunun elə də çox əhəmiyyəti yoxdur, çünki bir azdan hər şeyi dərk edəcəyik!" deyə FIFA U-17 qadınlararası dünya çempionatının kubokunu əlində qürurla sıx-sıx tutaraq komandanın kapitanı Sendi Tolleti ucadan qışqıraraq qeyd edir.
 
"Oyunun sonuna doğru hətta bəxt amili bizim tərəfdə olsa belə, zənnimcə biz qələbəyə layiq idik. Lakin, necə deyərlər, bəxtinizi siz özünüz yazırsınız," deyə o, adidasın Qızıl Əlcək mükafatının qalibi olan gülümsəyən komandı yoldaşı Romane Bruneylə əllə görüşərək əlavə edir.
 
Fransızların həmçinin 11 metrlik cərimə zərbələri seriyasından sonra almanlara məğlub olduqları son UEFA U-17 qadınlararası avropa çempionatının final oyununun ardından axılan göz yaşları indi bu gülüşlərlə kəskin ziddiyyət təşkil edir.
 
"Biz bunu xatırlamadıq və düzünü desəm bu heç yadımıza da düşmədi," deyə almanlara qarşı oyunda 11 metrlik cərimə zərbəsini uğurla yerinə yetirə bilməyən istedadlı yarımmüdafiəçi Qutiya Karçuni qeyd edir. "Biz sadəcə olaraq hisslərimizi nəzarət altında saxlamağa çalışdıq. Bizim etməli olduğumuz bir taktika seçib ona uyğun oynamaq idi," deyə Toletti əlavə edir.
 
Sözlə dedikdə sadə bir tapşırıq kimi görünür. Lakin tamaşaçılarla tamamilə dolu Bakıdakı Tofiq Bəhrəmov adına stadionda bu cür prestijli və beynəlxalq tədbirin sonunda o cür həyəcanlı 11 metrlik cərimə zərbələrindən birini yerinə yetirmək üçün oyunçulardan kifayət qədər özünəinam tələb olunurdu.
 
"Futbol allahı bu gün bizimlə idilər. Rəqibin zərbəsi bir epizodda qapı dirəyinə tuş gəldi və eləcə də bu oyunda digər bir neçə təhlükəli anlar oldu, lakin qızlar bir dəfə də olsun təşvişə düşmədilər. Bəxt amilindən daha çox müstəsna əqli xüsususiyyətləri sayəsində onların çempion olduqları fikrindəyəm," deyə qalib komandanın məşqçisi Qay Feriyer emosiya ilə qeyd edir.
 
"Ola bilsin onların həmçinin narahat olmayan xarakterləri vardır, lakin sonda hər şey onların düşüncə tərzi və istedadları ilə bağlıdır," deyə o, söhbətinə davam edir.
 
 Bu iki xüsusiyyət adidasın Qızıl Top mükafatınnın qalibi Fransalı Gridj Mbok Batinin şəxsiyyətində təcəssüm edilmişdir. Azərbaycan 2012-nin startına sadəcə bir neçə gün qalmış zədədən bərpa edilmiş Kamerun əsilli müdafiəçi çempionata hazır olmaq üçün intensiv məşqlərə başlamışdır. Sonda onun zövqlərə oxşayan davamlı performansı turnirin əsas məqamına çevrilmişdir və o, finalda Koreya XDR-ə qarşı oyunda möhtəşəm performans sərgiləməklə bu turniri yüsək notlarla başa vurmuşdur.
 
"O sadəcə Qızıl Topdan daha çoxuna layiqdir. O valehedici bir oyunçudur; tamamilə möhtəşəmdir," deyə mərkəz müdafiədə oynayan onun komanda yoldaşı Aisatu Tunkara qeyd edir.
 
"Mən bu mükafata layiq olduğumu deyə bilmərəm, lakin bunu qazanmaq üçün şübhəsiz xeyli çətin anlar yaşamalı olmuşam," deyə Mbok Bati həyəcanla qeyd edir. "Mən turnirdən əvvəl zədə almışdım və əvvəlki formamı bərpa etmək üçün çox mübarizə apardım. Beləliklə hər şey yaxşı bitdi. Bu mənim üçün şərəfdir, çünki ilk dəfədir ki, bu mükafat müdafiəçiyə təqdim olunur. Həm də Mişel Platini tərəfindən," deyə o, əlavə edir.
 
Bacarıqlı futbolçu olmaqla bərabər, Qvinqamp klubunun oyunçusu həmçinin bu ilin sonunda iqtisadiyyat və sosial elmlər üzrə imtahan verməyə hazırlaşır. Lakin hazırda bu fənnləri gələcək karyerasında işlətmək ideyası onu futbol kimi cəlb etmir. "Yox, işlədə bilərəm, lakin yəqin ki, peşəkar futbol oynamağa davam edəcəm," deyə o, gülərəkdən qeyd edir.
 
"Xeyr, mənim futboldan getmək niyyətim yoxdur," 16 yaşlı Bruney qıqqıldayaraq qeyd edir. Qızıl Əlcək mükafatının sahibi və La Roş-sur-Yon klubunun qapıçısı ölkəsinin turnirdəki uğurunda həmçinin əsas əməyi olan oyunçulardan biridir. Hər ikisi Şimali Koreyadan, turnir ərzində qapıdan yalnız iki qol buraxmaqla o, finalda 11 metrlik cərimə zərbələri seriyasında iki zərbəni tutmuş və həmçinin özü də uğurla bir zərbə yerinə yetirmişdir.
 
"Əvvəlcə bunun bir zarafat olduğunu düşündüm, çünki inana bilmirdim. Mənim heç ağlıma da gəlməzdi ki, bu zərbələrdən biri mənə həvalə olunsun, lakin həyatda hər şey olur," deyə o, təvazökarcasına qeyd edir.
 
Dözümlülük, əzmkarlıq və eləcə də azca bəxt amili sayəsində fransızların sevincinin indi həddi-hüdudu yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.