15 oktyabr 2012 16:36
Vaqif Sadıqov: Rusiya millisi bizi qorxudacaq qədər nəhəng komanda deyil
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Şans hər bir komandada var. Rusiya – Portuqaliya oyununda hər iki komanda özünü yaxşı tərəfdən göstərdi. Rusiya həmin oyunda qalib gəlsə də, qarşılaşma göstərdi ki, bu komandaya qarşı oynamaq olar. Futbolçularımız rəqib komandanın səviyyəsini düşünməməlidilər. İstənilən rəqibə qarşı oynamaq mümkündü. Rusiya elə də nəhəng komanda deyil ki, biz onlardan qorxaq. Azərbaycana bu görüşdə sadəcə nəticə lazımdı və biz onu əldə edə bilərik. Onlar qələbə sayını dördə çatdırmaq istəyirlər. Yığmamız rusların bu seriyasına son qoymalıdı”.
