15 oktyabr 2012 17:15
Rusiya – Azərbaycan matçına 30 000 bilet satılıb
Futbol üzrə Rusiya və Azərbaycan yığmaları arasında DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq qarşılaşmaya 30 min bilet satılıb.
Bu barədə Rusiya yığmasının mətbuat xidmətindən məlumat verilib. Məlumatda həmçinin qeyd olunur ki, “Lujniki”də keçiriləcək bu oyuna 50 min azarkeş toplanması gözlənilir.
Qeyd edək ki, Rusiya – Azərbaycan matçının keçiriləcəyi bu arena 85 min azarkeş tutumuna malikdi. Amma arenanın tam dolması real görünmür.
