15 oktyabr 2012 17:26
Aleksandr Çertoqanov: Rusiya ilə oyuna yalnız öyrənmək üçün gəlməmişik
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Aleksandr Çertoqanov azerisport.az saytına müsahibəsində sabah baş tutacaq Rusiya ilə oyundakı şanslarımızı dəyərləndirib.
- Rusiya ilə oyundan nə gözləyirsiz?
- Çox ciddi rəqibdi. Yenicə Portuqaliya üzərində qələbəni qeyd ediblər. Onlar son Avropa çempionatındakı uğursuzluqdan sonra çox böyük istəklə mübarizə aparırlar.

- Belə çıxır ki, Fabio Kapello bu komandaya yeni nəfəs gətirib?
- Şübhəsiz.
- Şübhəsiz.
- Rusiyanın Portuqaliya üzərində qələbə qazanacağını gözləyirdiniz?
- Mən oyun ərəfəsində bu komandaların şanslarının bərabər olduğunu düşünürdüm.

- Sizcə, bu oyundakı qələbə rusların millimizlə görüşünə nə dərəcədə təsir göstərə bilər?
- Məncə, Rusiya yığmasında psixoloji hazırlıqla məşğul olan mütəxəssislər də var. Onlar komandanı hər oyuna necə hazırlamaq lazım olduğunu yaxşı bilirlər. Eyni zamanda rusiyalı futbolçular da ilk dəfə meydana çıxmırlar.
- Qısa zaman kəsiyində biz Rusiya yığmasında Hiddinki, Advokatı və Kapellonu görə bilmişik. Sizcə, onların hansının komandası daha təhlükəli idi?
- Hiddink AÇ-2008-də böyük bir uğura imza atdı, Rusiyanı üçüncü etdi. Advokatda bir qədər alınmadı. Kapellonun rəhbərliyi altında isə komanda çox inamlı oyun sərgiləyir, xal toplayır. Onlar hələ qol da buraxmayıblar.

- Kapellonun daha aparıcı rus futbolçulardan Arşavini, Pavlyuçenkonu, Poqrebnyakı milliyə çağırmaması sizi təəccübləndirmir? Ümumiyyətlə, bu, bizim üçün müsbət məqamdımı?
- Əgər Rusiya yığması hazırda qələbələri sıralayırsa, deməli, məşqçilər korpusu onları çağırmamaqla düzgün addım atıblar. Rusiyada çoxlu futbolçu var. Onlarda heyətlə bağlı problem olmur. Bizə istənilən halda çətindi.

- Azərbaycan yığmasına yenicə dəvət alan Elhad Nəziri necə təsir bağışlayır?
- Bu sualı baş məşqçiyə versəz, daha yaxşı olardı. Həmkarıma qiymət vermək mənlik deyil. Əgər onu yığmaya dəvət ediblərsə, deməli, buna layiqdi.

- Bəs ünsiyyət baxımından?
- Ünsiyyət baxımından problem yoxdu. Onun burda çoxlu tanışları var.

- Rusiya ilə oyuna da öyrənməyə gəlmisiz?
- Hər bir oyun müəyyən nəticələr çıxarmağa əsas verir. Komandamız həmişə var gücü ilə oynamağa çalışır. Rusiya ilə görüşdə də belə olacaq. Yəqin ki, siz də bura yalnız öyrənmək üçün gəlmədiyimizi bilirsiz.