15 oktyabr 2012 17:39
Manchester Unitedin ulduz futbolçuları Azərbaycan şirkətinin reklamında (VİDEO)
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC ilə İngiltərənin "Manсhester United" futbol klubu arasında əməkdaşlığa start verilib. Azerisport.az xəbər verir ki, məhz müştərək işbirliyinə əsasən “qırmızı şeytanlar”ın ulduz futbolçuları "Bakcell"in reklam çarxına çəkiliblər.
Bunlar Rayan Giqqz, Patris Evra, Federiko Makeda və Rio Ferdinandı. Onlarla yanaşı reklam çarxında dünya futbolunun əfsanəsi Bobbi Çarlton da yer alıb.
