15 oktyabr 2012 17:54
Türkiyə millisi itirə-itirə gedir
Futbol üzrə Türkiyə milli komandası daha bir şok xəbərlə sarsılıb. Azerisport.az xəbər verir ki, bundan əvvəl Gökhan Gönül, Mehmet Topal, Burak Yılmaz və Selçuk İnanı itirən “ay-ulduzlular” daha bir ulduzun xidmətindən məhrum olub.
Bu dəfə Arda Turan sıradan çıxıb. Bu səbəbdən “Atletico”lu (Madrid, İspaniya) heyətdən çıxarıldığı və Macarıstan matçında meydana çıxmayacağı deyilir.
Bu itkilərdən sonra Türkiyə millisinin sabah meydana bu heyətlə çıxacağı gözlənilir: Volkan Demirel, Hamit Altıntop, Semih Kaya, Ömer Toprak (Egemen Korkmaz), Hasan Ali Kaldırım, Tunay Torun, Nuri Şahin, Emre Belözoğlu, Caner Erkin, Sercan Sararer, Umut Bulut.
