15 oktyabr 2012 00:15
Cihan Özkarasız Erciyesspor liderliyi ələ keçirdi
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu Türkiyənin “Erciyesspor” klubu növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT Birinci Liqanın 7-ci turu çərçivəsində “Göztepe” klubu ilə qarşılaşıb.
Oyun doğma divarlar arasında baş tutub. Ona görə də Kayseri klubu bu görüşdən mütləq qalib ayrılmağı hədəfləmişdilər. Onların bu istəyi baş tutub. Kayserililər iki cavabsız qolla 3 xala sahib çıxıblar.
Bu görüşdə Cihan forma geyməyib. Qeyd edək ki, o, hazırda yığmamızla birgə Rusiyadadı.
Qeyd edək ki, Özkaranın komandası yeddi oyuna 16 xalla birinci yerdə gedir.
PTT birinci liqası
7-ci tur
14 oktyabr
Erciyesspor – Göztepe – 2:0
Qollar: Sofiane Hanni, 29; 73.
